7 nömrəli tam orta məktəbin 9"b" sinfinin qürürverici şagirdi Səid Pirəliyev ABŞ-də keçirilək BMT-nin konfransında ölkəmizi təmsil edib

7 nömrəli tam orta məktəbin 9"b" sinfinin qürürverici şagirdi Səid Pirəliyev ABŞ-də keçirilək BMT-nin konfransında ölkəmizi təmsil edib.

24-26 mart tarixlərində ABŞ-nin Nyu-york şəhərində 5000 tələbənin iştirakı ilə BMT Model Konfransı keçirilib. 15-dən çox Azərbaycanlı tələbə “Shane Academy”- nin təşkilatçılığı ilə bu tədbirdə iştirak ediblər.

Bu tədbir BMT-nin Dünya modelini dəyişməklə bağlı olan tədbirləri arasında ən prestijlisi heab edilir. 142-dən çox BMT-yə üzv dövlətləri təmsil edən 5000-dən çox tələbə burada səfir rolunda ölkələrini təmsil edirlər.

“Dünyanın dəyişdirilməsi” layihəsinin əsas qayəsi sabahın liderlərinin şüurlu formalaşmasına töhvə verərək, demokratiya və tolerantlıq dəyərlərinə əsaslanan inkişaf etmiş dünya yaratmaqdır. Bu səbəbdən gənclərə yönəlmiş bu tədbirdə dünya siyasətinin və diplomatiyasının aparıcı simaları gənclərlə həmsöhbət olaraq onlara öz tövsiyələrini verdilər. Tədbir zamanı Azərbaycanlı tələbələrin fəal iştirakı nəticəsində onlar müxtəlif seqmentlər üzrə medal, sertifikat və müxtəlif hədiyyələr ilə mükafatlandırıldılar.

Məktəbimizin şagirdlərinin artıq uzaq materiklərdə keçirilən tədbirlərə qoşulması bizim üçün çox qürurverici bir hadisədir. Uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi