7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova Estoniya, İsveç və Latviyanın təhsil müəssisələrini ziyarət edərək, qabaqcıl təcrübələrlə tanış olub
“Təhsildə beynəlxalq uğur” təcrübə proqramı çərçivəsində bir qrup azərbaycanlı təhsil işçisi və məktəb direktoru Estoniya, İsveç və Latviyaya səfər edib.
Estoniyanın Karyera Təhsil Akademiyası və təhsil işçilərinin təcrübə və kommunikasiya platforması olan “T-Network”un təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə 18-24 mart 2023-cü il tarixində baş tutan səfərdə M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova Estoniya, İsveç və Latviyanın təhsil müəssisələrini ziyarət edərək, qabaqcıl təcrübələrlə tanış olub.
Qeyd edək ki, ötən il iyunun 25-dən iyulun 2-dək Könül Təhməzova bu layihə çərçivəsində Estoniya və Finlandiyanın təhsil müəssisələrinin fəaliyyəti ilə də yaxından tanış olmuşdur.