"Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirildi

27 mart 2023-cü il tarixində Səbail rayonu 7 nömrəli tam orta məktəbdə"Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Təhməzova qonaqları və tədbir iştirakçılarını salamlayaraq belə maarifləndirici tədbirlərin keçirilməsinin çox məqsədəmüvafiq olduğunu vurğulayıb.

Tədbirdə FHN-nin Bakı Regional Mərkəzinin Marifləndirmə Bölməsinin rəisi kapitan Rövşən Mahmudov,təşkilati səfərbərlik bölməsinin rəisi mayor Renat Fazlullov ,kapitan Paşa Əliyev və Müqamət Əliyev çıxış edərək şagirdlərə fövqəladə hallar zamanı Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" xidməti ilə əlaqə haqqında, həmçinin, partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, fəlakətlər zamanı ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda məktəb rəhbərliyi və tədbirdə aktiv iştirak edən şagirdlər təşəkkürnaməylə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi