şqarlar Kimyası İnstitutu (AKİ) 7 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”ya elmi dəstək verəcək

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) Bakı şəhəri M.Rahim adına 7 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”ya elmi dəstək verəcək.

Elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, fitri istedadı olan şagirdlərdə aşağı yaş qruplarından başlayaraq elmə marağın yaradılması üçün məktəblərlə birgə iş aparmaq lazımdır: “Fizika, kimya, biologiya kimi qavranılması bir qədər çətin olan təbiət fənlərinin maraqlı tərəfi laboratoriya təcrübələrinin aparılmasıdır. Şagirdlərə dərsləri təcrübə əsasında tədris edəndə həmin fənlərə maraq oyanır və sevməyə başlayırlar. Eyni zamanda, hər hansı bir elmi ideyalar da xüsusi maraqdan yaranır”

K.Təhməzova institutla əməkdaşlığın böyük maraq doğurduğunu və bunun istedadlı şagirdlərinin elm yoluna istiqamətlənməsinə böyük təkan verəcəyini qeyd edib.

Görüşdə institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev, elmi katibi Mehparə Səfərova, Həmkarlar Təşkilatının sədri Elxan İsakov və 7 saylı məktəbin kimya müəllimi Səadət Nəcəfova müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi