7 nömrəli tam orta məktəb şagirdlərinin və kiçik yaş qrup oxucuların iştirakı ilə “Novruz atributları ” adlı masterclass dərsləri keçirilib
9-10 mart tarixlərində Respublika Uşaq Kitabxanasında 7 nömrəli tam orta məktəb şagirdlərinin və kiçik yaş qrup oxucuların iştirakı ilə “Novruz atributları ” adlı masterclass dərsləri keçirilib.
Masterclass dərslərinin keçirilməsinin əsas məqsədi məktəblilərin asudə vaxtlarını, zamanlarını faydalı və əyləncəli keçirmək, həmçinin xalqımızın adət-ənənələrini yaşatmaq, şagirdlərin milli ruhda yetişdirilməsini təmin etməkdir.