Məktəbin 15-dən çox şagirdi üçün Respublika Velotrekinə infotur təşkil olunub

Martın 1-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə 7 nömrəli tam orta məktəbin 15-dən çox şagirdi üçün Respublika Velotrekinə infotur təşkil olunub.

 

Bundan başqa görüş zamanı fikir mübadiləsi aparıldı, məktəblilərlə sorğu-suallar və onlara velosiped haqqında maarifləndirici məlumatlar verildi.

Qeyd edək ki, OCEP layihəsi çərçivəsində məktəbimiz Niderlandı təmsil edir. Niderlandda velosiped ölkədə ən məşhur nəqliyyat vasitələrindən biridir və burada velosipedlərin sayı təqribən 16 milyondur. Ölkənin hər bir vətəndaşı velosipedə sahibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi