Səbail rayonu 7 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın hesabat iclası keçirildi.
Səbail rayonu 7 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın hesabat iclası keçirildi.
Kiçik Akademiyanın rəhbəri Hüseynova İlahənin təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə elmi rəhbərlərin dəstəyi ilə şagirdlər müxtəlif tədqiqatlarını nümayiş etdirdilər.
▶️Fizika fənni üzrə elmi rəhbər Məmmədova Məleykə və şagird Miraləm Aqil
Tədqiqat mövzusu: Yerin maqnit sahəsi
9a sinif şagirdi Aqil Miraləm "Yerin maqnit sahəsi" mövzusunda maraqlı tədqiqat işi aparıb, fizikadan olan biliklərini reallaşdırmağa çalışaraq özünün yaratdığı kiçik kompasını nümayiş etdi.
▶️Steam fənni üzrə elmi rəhbər Xələfova Naidə, şagird Amin İsmayil və Tunar Usubalizadə
Mövzu: FM radio
Siqnal emaledici olmaqla bir neçə dövrə birləşdirilir və FM IC yaratmaq üçün qurulur.
Mikrosxemdən istifadə etməklə səs siqnalını dövrə qoşub, beləliklə FM radiosu səsləndi.
▶️Texnologiya fenni üzrə elmi rəhbər Hüseynova Sədiqqə və şagird Hüseynov Yaşar
Mövzu: Məktəbin 3D maketinin hazırlanması
Fotokamera vasitəsilə məktəbin şəklini çəkib çap edərək onun eskizini 3D MAX proqramında qurub, qurulmuş eksizi CNC kəsim cihazına ötürmək və ardına kəsim cihazı vasitəsilə 3D MAX-da qurduğu proyekti MDF üzerinə çap etməkdir.
▶️Kimya fənni üzrə elmi rəhbər Cəfərova Şəfiqə, şagird Məryəm Məmmədzadə və Cavadova Gülnaz
Mövzu: Natrium poliakrialat maddəsindən milli bayrağımızın hazırlanması
Natrium poliakrialat maddəsi vasitəsilə 3 rəngdə göy, qırmızı, yaşıl boya ilə qarışıqdan bayrağımızı düzəltdilər.
▶️Fizika fənni üzrə elmi rəhbər Məmmədova Məleykə və şagird Mirzəyeva Bənövşə
Mövzu: Alternativ enerji
9a sinif şagirdi Mirzəyeva Bənövşə "Alternativ enerji" mövzusunda maraqlı çıxış edib: Enerji həyatdır. Enerjisiz demək olar ki, həyat davam etməz. Odur ki, bu mövzu hər zaman insanları düşündürür ki, necə edək, daha sərfəli enerji mənbəyindən istifadə edək. Mən də bu kiçik elmi işimdə daha ucuz və sərfəli enerji mənbəyini təklif etdim.
▶️İnformatika fənni üzrə elmi rəhbər Hüseynova İlahə və şagird Azad Pirverdiyev
Mövzu: Kiçik Akademiyanın saytının yaradılması
Saytı düzəltmək üçün “Visual studio code” proqramından istifadə edərək kod yazılıb və bu kodların bir qismi index.html-in, bir qismi style.css-e, və bir qismi də java script-də yazılıb.
▶️Ədəbiyyat fenni üzrə elmi rəhbər Qurbanova Kifayət və şagird Mirzəyeva Bənövşə
Mövzu: Erməni acgözlüyü – “Kamança” pyesi
9a sinif şagirdi Mirzəyeva Bənövşə "Erməni acgözlüyü" mövzusunda maraqlı çıxış etdi.
Ermenilərin xalqımızın milli- mənəvi dəyərlərini mənimsəməsi məsələsinə toxundu. O öz tədqiqat işini Cəlil Məmmədquluzadənin "Kamança" pyesi əsasında sübut etdi. Belə ki, erməni Baxşının bizim kamana sahiblənməsini, öldürüləndən sonra belə, kamanın ya oğlana veriəməsi, ya da sındırılması tələbi ermənilərin iç üzünü açıb göstərir.
▶️Kimya fənni üzrə elmi rəhbər Camalova Rumiyyə və şagirdlər Qasımov Murad, İbrahimli Əsnat, Məmmədli Kamal
Mövz:u Korruziyadan mühafizə
7a sinif şagirdləri Qasımov Murad, Məmmədli Kamal və İbrahimli Əsnat "Korroziyasız dəmir" mövzusunda apardıqları tədqiqatla bağlı təqdimat etdilər. Tədqiqat Kolb təcrübə təlim modeli əsasında aparılmış, şagirdlərin təcrübədən nəzəriyyəyə , nəzəriyyədən praktik həyata öyrənmeləri təmin olunmuşdur. Tədqiqat 3 ay öncə ADPU kimya laboratoriyasında qoyulmuş eksperimentle başlamış, AMEA Kataliz və qeyri-üzvi kimya institutunda Spektral analiz laboratoriyasında dos: Mirheydər Abbasovun rəhbərliyi ilə davam etdirilmişdir. Şagirdlər korroziyadan mühafizə üçün hazırladıqları plastik kütlə, neft məhsulu məhlulunun spektral analiz yolu ile tərkibini araşdırmış, nəzəri yolla təxmin etdikləri tərkibin analizde göstərilən dalğa uzunluqları və təzliklerində rast gəlinən hisssəciklərlə üst üstə düşməsi tədqiqatın kuliminasiya nöqtəsi olmuşdur.
Şagirdlərin hazırladığı tədqiqat işləri qonaqlar və iştirakçılar tərəfindən bəyənilib.
Tədbir sonda müzakirələrlə davam etdirilib.