"Riyaziyyat və informatika fənn aylığı" yekunlaşıb

RİYAZİYYAT VƏ İNFORMATİKA.

Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənn müəllimlərinin və şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi, təlim prosesində öyrədənlərin və öyrənənlərin məsuliyyətinin artırılması məqsədi ilə M.Rahim adına 7 nömrəli tam orta məktəbin tədbirlər planına əsasən riyaziyyat və informatika fənn aylığı çərçivəsində açıq dərslər keçirildi,müxtəlif yarışlar təşkil edildi.

"Riyaziyyat və informatika fənn aylığı"nın yekunu ilə əlaqədar olaraq məktəbin riyaziyyat,informatika müəllimləri tərəfindən təqdimat,divar qəzetləri,referat,elmi iş,ən nümunəvi dəftər nominasiyaları üzrə şagirdlərin və ən fəal siniflərin qiymətləndirilməsi aparıldı.

Fənn aylığına xüsusi maraq və məsuliyyətlə yanaşan müəllim və şagirdlərimizə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi