Məktəbəmizin 2"ç" sinfinin 8 şagirdi Milli Kitabxanada 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr olunan tədbirdə iştirak ediblər.
Yanvarın 18-də Milli Kitabxanada 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə 7 nömrəli tam orta məktəbin 2"ç" sinfinin 8 şagirdi iştirak ediblər.
Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində 33 il öncə Azərbaycan xalqına qarşı törədilmiş hadisədən və günahsız qurbanlardan bəhs edilərək bildirilib ki, Azərbaycan oğullarının qəhrəmanlıqları bu tarixdən başlanıb. Bundan başqa tədbirdə Qarabağ torpaqlarının işğaldan azad edilməsində şəhidlərimizin cəsurluq göstərməsi xüsusilə qeyd edilib.
Tədbir zamanı Səbail rayonu M.Rahim adına 7 nömrəli məktəbinin 2"ç" sinif şagirdlərinin ifasında Bəxtiyar Vahabzadənin şeirləri səslənib, 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş olunub. Daha sonra tədbir iştirakçıları Milli Kitabxana tərəfindən hazırlanmış Elektron Məlumat Bazası və 20 Yanvar hadisəsinə həsr olunan ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələri əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunub.
Sonda kitabxananın direktoru Kərim Tahirov və direktor müavini tədbirdə iştirak edən 8 şagirdimizə nağıl kitabı hədiyyə ediblər.