BŞTİ Keyfiyyətə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə 7 nömrəli məktəbdə olub
6 yanvar 2023-cü il tarixində 7 nömrəli tam orta məktəbdə BŞTİ Keyfiyyətə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə ilə növbəti görüşümüz baş tutdu.
Görüş zamanı müəllimlərimiz müasir dərsin quruluşu haqqında yeni məlumatlar əldə etməklə yanaşı təlim məqsədinə nail olmanın daha asan yollarını müəyyən etməyə də nail oldular.
Eyni zamanda tədris prosesinin təşkili zamanı müəllimlərdə çətinlik və sual yaradan məsələlərə, müəllimlərin diqqət yetirməli olduqları əsas nüanslara aydınlıq gətirildi.
Dəyərli vaxtından müəllimlərə dəstək məqsədilə təşkil edilən görüşlərə zaman ayırdığına görə hörmətli Anar müəllimə məktəb rəhbərliyi və pedoqoji kollektivi adından dərin minnətdarlığımızı bildiririk.