Pedaqoji şuranın iclası keçirildi

 17.06.2025-ci il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq 2024-2025-ci tədris ilinin yekunu ilə əlaqədar Pedaqoji Şurasının sonuncu iclası keçirildi. Pedaqoji Şura iclasında məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. Pedaqoji şura məktəbin direktoru Aytən Sadıqovanın çıxışı ilə başladı. O gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda ilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən Böyük Summativ Qiymətləndirmənin nəticələri müzakirə edildi. İclasda il ərzində keçirilən tədbirlərin hesabatı dinlənildi. Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi