Hərbi Qənimətlər Parkına ekskursiya

Təhsilalanların elmə, innovasiyaya olan marağının formalaşdırılması, vətənpərvərlik hissinin aşılanması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsi məqsədilə məktəbin 5a sinif şagirdləri Hərbi Qənimətlər Parkında ekskursiyada oldular. Hərbi Qənimətlər Parkı Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş xüsusi bir parkdır. Parkda müharibə texnikası, mühəndis maneələri, tank əleyhinə xəndəklər, mina sahələri, beton dirəklər və metal kirpilər sərgilənir.