Seminar

Mövzu: İ.Nəsiminin yaradıcılığında hürufilik ideyasının təbliği Hazırladı: 7a sinif şagirdi Məmmədova Nəzrin M.Nəzrin öz kiçik elmi işində qeyd etdi ki, Azərbaycan xalqının coxəsirlik ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmaməddin Nəsiminin zəngin irsinin bu gün də insanların kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu vurğuladı . İ.Nəsimi ilə bağlı araşdırmalar aparaldığını bildirdi. Bu araşdırmada İ.Nəsiminin hürufilik idealarini yaymaqla insanları kamilləşməyə səsləmişdir. Elmi rəhbər : Reyhan İsmayılova 8b sinif şagirdi Qarayeva Ceyran elmi iş”H.Cavidin dramlarında lirik ünsürlər” (elmi rəhbər – Səfərova Leyla) mövzusunu təqdim etdi. Aparılan araşdırmalarda əsasən Cavidin dram əsərlərinə daxil olan bayatıların, qəzəllərin, aşıq şeirlərinin istifadə olunmasından danışıldı. Elxan Elatlı “Pəncərədə görünən kölgə” adlı elmi iş 10b sinif şagirdi Ağalarzadə Aydan (elmi rəhbər-Tomtuyeva Rəhilə) tərəfindən təqdim olundu. Elmi işdə dedektiv roman, janrından dedektiv ədəbiyyatın aktuallığının artırılmasına təsiri araşdırılmışdır. Elmi işlər maraqla dinlənildi və “Kiçik Akademiya” heyəti tərəfindən müzakirə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi