"Kiçik Akademiya" haqqında

Məktəbdə "Kiçik Akademiya" 2017-ci il tarixində fəaliyyətə başlayıb. 21 dekabr 2017-ci il tarixində məktəbimizdə yeni yaradılan "Kiçik Akademiya"nın təqdimat mərasimi keçirildi.  Təqdimatda "Kiçik Akademiya"nın prezidenti Akademiyanın məqsəd və vəzifələri, struktur və fəaliyyət istiqamətlərini "Kiçik Akademiya" üzvlərinə və tədbirdə iştirak edən qonaqlara təqdim etdi. Məktəbimizdə yaradılan "Kiçik Akademiya" "Bir işıq da sən yandır" devizi ilə yola çıxaraq qarşısına aşağıdakı məqsədi qoymuşdur: Təlim prosesində şagirdin təfəkkürünün inkişafı üçün ona yalnız bilik ötürmək deyil, bilik qazanmaq üçün şərait yaratmaqdır. Məqsədə çatmaq üçün "Kiçik Akademiya"nın fəaliyyət olanı hazırlanıb, təsdiq edilib.Necə oxumasından asılı olmayaraq, bütün 7,8,9,10-cu sinif şagirdləri "Kiçik Akademiya"nın üzvlüyünə qeyd edilib. Fəaliyyət planına əsasən fənlər üzrə aylar seçilib. Hər ayın sonuncu 5-ci günü "Kiçik Akademiya" üzvü olan müəllim və şagirdlərin konkret elmi araşdırmaları, tanış əlamətdar günlər və yubileylərlə bağlı seminar və təqdimatları dinlənilib, dəyirmi masaları və göstərişlər təqdim olunur. Biz əminik ki, "Kiçik Akademiya"da iştirak edən hər bir fəal şagird gələcəkdə vətənini və millətini layiqli təmsil edəcək bir insan kapitaldır. Şagirdlərin "Kiçik Akademiya" da böyük həvəslə iştirakı kollektiv olaraq düzgün istiqamət götürdüyümüzə əminlik yaradır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi