Uşaq hüquqları aylığında OCEP layihəsi çərçivəsində Koreyalılarla online görüş

    Bu gün OCEP layihəsi çərçivəsində məktəbimizin şagirdləri Cənubi Koreyanın Seul şəhərində yerləşən Songgok Liseyinin şagirdləri ilə onlayn görüş keçirdilər.Görüş çox maraqlı keçdi.İki ölkəni təmsil edən şagirdlər  uşaqların hüquqları  haqqında , bakı şəhərində keçirilməsi nəzərdə tutulan COP -29 haqqında geniş müzakirə etdilər. Şagirdlərimizin "Yaşıl dünya naminə həmrəylik ilinə"həsr olunmuş ingilis dilində təqdimatları qardaş məktəbin komandasının böyük marağına səbəb oldu.Hər iki ölkənin şagirdləri ölkələrimizdə olan qlobal ekoloji problemlərdən söz açdılar.

Görüşü onlayn izləyən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova və Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov iki qardaş məktəbin fəaliyyətinə uğurlar arzuladılar.

Məktəbin direktoru Könül Hüseynova görüşün mövzusunun beynəlxalq arenada aktuallığını vurğulayaraq,Seul məktəbinin komandasının şagirdlərimizlə əməkdaşlığını yüksək qiymətləndirərək növbəti görüşləri səbirsizliklə gözlədiklərini bildirdi.Görüşün təşkilində göstərdiyi köməyə görə məktəbin ingilis dili üzrə danışıq klubunun rəhbəri Vəsilə xanıma təşəkkür edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi