"Könüllü valideyn" layihəsi
Bir il əvvəl "Ailəm və məktəbim"layihəsi çərçivəsində "Könüllü valideyn" layihəsinə start verdik.Əsas məqsədimiz valideynləri məktəbin ictimai fəaliyyətinə cəlb etmək,pilot layihə olaraq qoşulduğumuz "Şagird davranışı qaydaları"nın tətbiqi ilə əlaqəli birgə əməkdaşlıq etmək idi.
Məktəb idarəetməsində aparıcı qüvvələrdən olan icma fəaliyyətinin strateji planı məktəbin fəaliyyət planının əsas istiqamətidir.
İlk fəaliyyət valideynlərin seçim mərhələsi idi.
Seçimə iki istiqamətdə başladıq.Bizim seçdiklərimiz (ictimai fəallığı ilə seçilən valideynlər)və bizi seçənlər(övladının müəyyən qayğılarına görə dərs müddətində onları gözləmək arzusunda olan valideynlər) İl ərzində sayımız və tərkibimiz dəyişsə də məqsədlərimiz dəyişmədi.Məktəb mühitinin təhlükəsizliyi,məktəbdənkənar və sinifdənxaric fəaliyyətin təşkili,şagird davranış qaydalarının uğurla tətbiqində "könüllü"lərin fəaliyyəti gücümüzə güc qatdı.Nahaq deməyiblər istəyən çarəsini,istəməyən bəhanəsini tapar."Könüllü valideyn"lərimizin timsalında məktəb İcmasının bütün üzvlərinə təşəkkür edirik.Qeyd edim ki,sayımız şəkildəki qədər deyil.Sıralarımız çoxaldıqca keyfiyyətimiz də artır.