Şahmat üzrə şəhər birinciliyi8b sinif şagirdi Əliyev Azad Kamran oğlu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi 16 yaşadək yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyində I yerə layiq görülmüşdür.
Təhsil ağlın simasıdırYanvar ayında Xəzər universitetinin “Dünya” məktəbinin təşəbbüsü ilə keçirilən “Təhsil ağlın simasıdır” müsabiqəsində iştirak edən 8g sinif şagirdi Şıxməmmədov Ruslan riyaziyyat fənnindən 3-cü yerə layiq görülmüşdür. Ruslanın bu uğuruna onun riyaziyyat müəllimi Rəna müəllimə və eləcə də şagird kollektivi çox sevindi.
İsanın uğurlarıMəktəbimizin XI sinif şagirdi İsa Rəhimzadə Azərbaycan Televiziya kanalının 16 yanvar 2017-ci il tarixində yayımlanan “Əlaçı” verlişində böyük uğurla çıxış edərək yarışı ikinci olaraq başa vurmuşdur. İsa həm də dərs əlaçısıdır, təlim-tərbiyədə nümunəvi şagirddir. Məktəbin bütün ictimai işlərində fəal iştirak edir.