Nailiyyətlərimiz

Səidənin uğurlarıƏliyeva Səidə məktəbimizin XI "A" sinfinin şagirdidir. Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbi 3-ün, Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının üzvüdür. Rusiya Yazıçılar İttifaqının “V.V.Mayakovski” və “A.S.Qriboyedov” adına mükafatlarının laureatıdır. Səidə 3 şeir toplusunun müəllifidir. Şeirləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə nəşr olunmuşdur. “Sənin üçün darıxmışam” ilk şeir kitabı 2009-cu ildə nəşr olunmuşdur. Kitaba ön sözü Xalq şairi Söhrab Tahir yazmışdır. İkinci şeirlər kitabı “Nağıl dünyam” adlanır. Kitabın ön sözünün müəllifi akademik Bəkir Nəbiyevdir. Üçüncü şeirlər kitabı “Təbiətlə, paklıqla üz-üzə” adlanır. Kitabın ön sözünün müəllifi Xalq şairi Nəriman Həsənzadədir.

Fəridin uğurlarıMəktəbimizin 5 "D" sinif şagirdi Məmmədli Fərid Taekvando idman növü üzrə yeniyetmələr və uşaqlar arasında Azərbaycan Taekvando Federasiyasının keçirdiyi yarışlarda III yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Sabahın alimləri"Sabahın alimləri" VI Respublika müsabiqəsində məktəbimizin X sinif şagirdi Bəhram Cəfərov da iştirak etdi. Mühəndislik katiqoriyası üzrə onun layihəsi yüksək qiymətləndirilərək III yerə layiq görülmüşdür. Bu uğruna görə Bəhramı biz də məktəbin pedoqoji heyəti və şagird kollektivi adından təbrik edirik, daha böyük uğurlara imza atmasını arzu edirik.

HAQQIMIZDA

Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Ha...

BİZİM FƏXRLƏRİMİZ

Orxan Vəliyev Fərmayıl

Türkan Vəlizadə Avtandil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi