Monitorinq nəticələrinin təhlili

Martın 6-sı məktəbin Azərbaycan bölməsi üzrə Təlim -tərbiyə işləri üzrə direktor müavini Fatimat Əliyeva buraxılış fənləri üzrə dərs deyən müəllimlərlə son üç ildə aparılan monitorinqin nəticələrini müzakirə edib.

Monitorinqin nəticələrinin təhlilində əsas məqsəd, tədris prosesindəki mövcud nöqsanları aşkar etmək, buraxılış imtahanlarına hazırlıq prosesinin daha da təkmilləşdirilməsi, şagirdlərin biliklərinin dərinləşdirilməsi üçün yeni metod və yanaşmalar üçün təkliflər hazırlamaqdan ibarət olub.

Müzakirə  zamanı müəllimlərin metodik yanaşmaları və istifadə etdikləri tədris materiallarının effektivliyi qiymətləndirilib. Müəyyən edilən boşluqların aradan qaldırılması və təhsildə daha yüksək nəticələrin əldə olunması üçün müəllimlərə tapşırıq verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi