“Qadın qüdrətinin təcəssümü - Ana, Ana dili, Ana vətən”

Martın 6 – da məktəbin UBTR-i Sevinc Əmiraslanovanın təşkilatçılığı ilə Yasamal rayonu Heydər Əliyev Mərkəzində 8 Mart Qadınlar günü ilə əlaqədar “Qadın qüdrətinin təcəssümü - Ana, Ana dili, Ana vətən” mövzusunda tədbir keçirilib..
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva bildirib ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli–mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Mühazirə ilə çıxış edən Mərkəzin kiçik elmi işçisi Lena Əzizova Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılmasının Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olduğunu bildirib.
Sonra şagirdlərin ifasında 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, rəqs nömrəsi təqdim edilib.
Sonda 8 Mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş videoçarx nümayiş olunub.