Bədən Tərbiyəsi və İdman Günü

5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə məktəbin direktoru Tünzalə Zeynalova fiziki tərbiyə müəllimləri ilə 2024-2025-ci illərdə qazanılan uğurları müzakirə edib.

Metodbirləşmə rəhbəri Məlahət Fətullayeva qazanılan uğurlar, idman həftəsində görüləcək işlər, qarşıda duran məsələlər haqqında məlumat verib.

 Əldə etdikləri uğurlara görə məktəbin fiziki tərbiyə müəllimləri Məlahət Fətullayeva, Kəminə Qüdrətova, Bəxtiyar Mirmövsümov, Tural Əliyev, Qurban Səfərov, Toğrul Məmmədov, İlhamə Quliyeva, Gülnarə Əliyeva, Elmar Mikayılov, Kənan Mehdiyev  Yasamal Rayon ATİAHİ-nin sədri Rövşən İbrahimli tərəfindən Fəxri fərmanla təltif olunub.

Müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi