Həyatın memarı sən özünsən

Martın 4-ü məktəbdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi tərəfindən “Həyatın memarı sən özünsən”  adlı tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin əməkdaşı Nailə İbrahimova, İctimai Səhiyyə və İstehsalatlar Mərkəzinin həkimi Ülkər Camalova iştirak edib.

Tədbirin keçirilməsində məqsəd antinarkotik təbliğat, şagirdləri narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərəri, narkomanlığın profilaktikası haqqında məlumatlandırmaqdan ibarət olub.

Çıxış edən Ülkər Camalova şagirdlərə sağlam həyat tərzinin qaydaları, zərərli vərdişlər, tütün tüstüsü və onun yaratdığı xəstəliklər, spirtli içkilərin zərəri, narkotik maddələrin istifadəsində müşahidə edilən əlamətlər haqqında geniş məlumat verib. Narkotikin təsirlərindən bəhs edən videoçarx nümayiş olunub.

Sonda şagrdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi