Monitorinq nəticələrinin təhlili

Martın 4-ü məktəbin ibtidai siniflər üzrə Təlim -tərbiyə işləri üzrə direktor müavini Əminə Həmzəyeva və Fəridə Əliyeva sinif müəllimləri ilə son üç tədris ilində IV siniflərdə aparılan monitorinqin nəticələrini müzakirə edib.
Monitorinq nəticələrinin müzakirə olunmasında əsas məqsəd məktəbin tədris keyfiyyətinin mövcud vəziyyətini təhlil etmək və inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarət olub.
Sonda müəyyən edilən boşluqların aradan qaldırılması və təhsildə daha yüksək nəticələrin əldə olunması üçün müəllimlərə tapşırıq verilib.