Ruslanın uğuru

Məktəbin 9g sinif şagirdi Ruslan Kaştayev 19 yanvar 2025-ci il tarixində onlayn keçirilən NEO beynəlxalq elm olimpiadasında kodlaşdırma kateqoriyasında python kodlaşdırma dili üzrə II yerə layiq görülərək gümüş medalla təltif edilib.
NEO Science Olimpiadası elm və riyaziyyat sahələrində şagirdlərin bilik və bacarıqlarını sınamaq üçün təşkil edilən beynəlxalq yarışdır.
10-16 iyun Amerikanın New York şəhərində keçiriləcək qrand finalda iştirak edəcək şagirdimizə uğurlar arzu edirik!