Bərk məişət tullantılarının təkrar emalı

Fevralın 3-ü məktəbin təbiət müəllimi Ülviyyə Məmmədova 6e sinfində “Bərk məişət tullantılarının təkrar emalı” mövzusunda maarifləndirici söhbət aparıb. Bildirib ki, tullantıların artması ətraf mühitin çirklənməsinə səbəb olur. Bunun qarşısının alınmasının tək yolu isə təkrar emalıdır. Təkrar emal təbii sərvətlərimizi qoruyur, istehsal olunan tullantıların miqdarını azaldır, zibilxanaların çoxalmasının qarşısını alır.
Sonda şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və cavablandırılıb.