"Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılma mərasimində millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, Tamam Cəfərova, Şahin Seyidzadə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, ETN və İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Əməkdar müəllimlər Nəzakət Əliyeva və Afət Allahverdiyeva, müsabiqə qalibləri, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Məktəbin coğrafiya müəllimi Vəfa Süleymanova müsabiqədə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif edilib.

Vəfa müəlliməni təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi