Pedaqoji şura -4
Yanvarın 28-i 4 №-li Pedaqoji şura iclası keçirilib.
İclasda geniş məruzə ilə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova 2024-2025-ci tədris ilində l yarımilin yekunları, sinif və elektron jurnallarının işlənməsi, təlim tərbiyə prosesinin tənzimlənməsi, şagird davranış qaydalarının tətbiqi vəziyyəti, şagirdlərin təlim nailiyyətlərinin təhlili, Cerebry və Bilbacar Layihələrinin tətbiqi vəziyyəti haqqında məlumat verib. Məktəbin psixoloqları məktəbdə mövcud psixolji-emosinal vəziyyətin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb və valideynlərin bu prosesə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Şagirdlərin daha çox müsabiqə və layihələrdə iştiraklarına maraq yaratmağın yolları və digər məsələlər müzakirə edilib.
Sonda müvafiq qərarlar qəbul edilib.