Burdon diqqət testi
Yanvarın 23-ü məktəbin psixoloqu Raidə İmanova şagirdlərdə diqqət səviyyəsini ölçmək məqsədilə “Burdon” diqqət testi keçirib.
Burdon testi 10-20 yaş arasında olan şagird və yeniyetmələrin diqqət gücünü ölçmək üçün istifadə olunur. Hər səhifənin əvvəlcədən hesablanmış vaxt müddəti var, aşağı sinifdə oxuyan məktəblilərə 3 dəqiqə, yuxarı sinifdəki məktəblilərə 2 dəqiqə vaxt ayrılır. Test tədris ili boyunca sinifdə diqqət əksikliyi yaşayan şagirdləri aşkara çıxarmaq məqsədilə bütün sinifə ya da diqqətini toplamaqda çətinlik çəkdiyi düşünülən şagirdə diqqət gücünü aşkara çıxarmaq məqsədilə fərdi şəkildə həyata keçirilə bilər.
Testlər psixoloq tərəfindən təhlil olunacaq və diqqət əksikliyi olan şagirdlərlə müvafiq işlər aparılacaq.