"20 yanvar-Ümumxalq Hüzn günü”
Şuşa Dövlət Musiqili Dram Teatrında xalqımızın qəhrəmanlıq səlnaməsi olan şanlı və qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib.
Tədbirdə məktəbin UBTR-i Sevinc Əmiraslanova, İngilis dili müəllimi Şükufə Salamova və 5-ci sinif şagirdləri iştirak edib.
İlk olaraq 20 yanvarda vəhşicəsinə qətlə yetirilən şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edilib. Sonra isə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən nümayiş olunan kompozisiyanı şagirdlər maraqla izləyib.
Sonda tədbir iştirakçıları və şagirdlər birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.