Fövqəladə hallar uşaqların gözü ilə-I YER
Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Gənclər və İdman naziri Fərid Qayıbov, Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov və digər rəsmilər iştirak edib.
Məktəbin 9ç sinif şagirdi Aytac Qasımzadə “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsində rəsm nominasiyası üzrə I yerə layiq görülərək Fəxri fərmanla təltif edilib.
Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik!