Nurayın uğuru
Məktəbin 11g sinif şagirdi Nuray Zeynalzadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə keçirilən “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edib.
Ölkəmizin bütün şəhər və rayonlarından 13-17 yaş arası uşaqların iştirakı ilə baş
tutan Forum zamanı iştirakçılar 7 mövzu üzrə qruplaşaraq müzakirələr aparıb, onları maraqlandıran sualları dövlət rəsmilərinə ünvanlayıb və əsaslandırılmış təkliflərlə çıxış ediblər.
Şagirdimizə gələcək fəaliyyətində uğurlar arzulayırıq!