Naxçıvanın ədəbi mühiti
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ sərəncama əsasən dekabrın 13-ü 8d sinfinin sinif rəhbəri Ələkbər Ağayev şagirdləri ilə məktəbin kitabxanasında Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması mövzularında dəyirmi masa keçirib.
Əvvəlcə müəllim şagirdlərə Naxçıvanın qədim tarixi, “Naxçıvan” sözünün necə yaranması, Naxçıvanın şair və yazıçıları, o cümlədən dahi şəxsiyyət, ümummilli Lider Heydər Əliyev haqqında ətraflı məlumat verib. Daha sonra kitabxanaçı Nigar Süleymanova onları Naxçıvanın geosiyasi mövqeyi və Naxçıvan Muxtar Respublikasının yaranmasından bəhs edən kitablarla tanış edib. Naxçıvanın şair və yazıçılarının əsərlərindən hazırlanmış guşə şagirdlərin böyük marağına səbəb olub.