Gigiyena və düzgün qıdalanma
“Ümumi təhsil müəssisələrinə VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda göndərilən təlimata əsasən məktəbin psixoloqları Bənövşə Cabbarova və Raidə İmanova IX sinif şagirdləri ilə “Gigiyena və düzgün qıdalanma” mövzusunda maarifləndirici söhbət aparıb.
Çıxış edən məktəb psixoloqları bildiriblər ki, gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi, sağlam və savadlı vətəndaş kimi formalaşdırılması cəmiyyət olaraq qarşımızda duran ən vacib məsələlərdəndir. Sağlam qidalanma isə elə sağlam gələcəyin təməlidir. Məktəbin həkimi Dilrubə Hüseynova şagirdlərə gigiyena barədə zəruri informasiyaları, şəxsi və ümumi gigiyena qaydalarını izah ediblər. Bundan başqa ətraf mühitin insan sağlamlığına təsiri haqqında da danışılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.