“Azərbaycanın sönməz günəşi”

Dekabrın 12–də məktəbin UBTR-i Sevinc Əmiraslanovanın təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanın sönməz günəşi” adlı tədbir keçirilib.

Şagirdlər öncə Mərkəzin ekspozisiya zalında dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad edib və ölməz liderin siyasi irsi və Azərbaycanın ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlarla tanış olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Sonra Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin bələdçisi Mayrux Cavadova “Əbədiyaşar Lider” mövzusunda mühazirə ilə çıxış edib.

Sonra şagirdlər tərəfindən hazırlanmış və dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş təqdimatlar dinlənilib, şeirlər səsləndirilib.

Sonda məktəbin 9ğ sinif şagirdi Babazadə Cavidanın ifasında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş “Sən elə bir zirvəsən” mahnısı səsləndirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi