İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri

Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq məktəbin coğrafiya müəllimi Humay Yunuszadə 8d sinfində “İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri” mövzusunda dərs keçib. Dərsin keçirilməsində məqsəd Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqlarının artırılması olub.

Müəllimə çıxış edərək bildirib ki, işğal olunan ərazilərin azad edilməsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən istifadəsi qadağan edilən müxtəlif növ döyüş sursatlarının tətbiqi nəticəsində ətraf təbii mühit fiziki və kimyəvi çirklənməyə məruz qalıb. Qadağan olunan ağ fosfor bombalarından istifadə etməklə anti-humanist üsullarla - digər zəhərli partlayıcı maddələrdən ərazilərimizi işğaldan azad edən ordumuza, həm də flora və faunaya külli miqdarda ziyan vurulub.

Dərs zamanı şagirdlər 4 qrupa bölünüb, hər qrup müxtəlif ərazilərin ekoloji problemlərini ölkə və dünya səviyyəsində araşdıraraq nəticələri təhlil edib, bu istiqamətdə geniş müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi