Tariximizdə qadınlar

Dekabrın 6-sı məktəbin tarix müəllimi Şəms Əliyevanın rus bölməsinin 5j sinfində dövlət dilində tədris olunan Azərbaycan tarixi fənnindən “Tariximizdə qadınlar” mövzusunda dərsi məktəbin direktoru Tünzalə Zeynalova və Təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Qasımova tərəfindən dinlənilib.

Müəllim şagirdlərə mövzu haqqında ətraflı məlumat verib və hazırladığı slaydları təqdim edib. Sonra şagirdlər 6 qrupa ayrılıb və hər qrupa bir qəhrəman qadın adı verilib.

Qruplara iş vərəqləri paylanılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Sonda qalib komandanın üzvlərinə həvəsləndirici hədiyyələr təqdim olunub.

Gənc müəllimə fəaliyyətində uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi