“Məktəblinin dostu”

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi 2016-cı ildən fəaliyyətə başlayıb. Əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir.

Məktəbdə fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əməkdaşları tədris ili ərzində mütəmadi olaraq şagirdlərə "Fövqəladə hallar zamanı davranış qaydaları", "İlk tibbi yardım", "Onlayn mühitdə kibertəhlükəsizlik qaydaları", "Yol hərəkəti qaydaları" və s. mövzularda maarifləndirici təlimlər keçirir.

Şagirdlərə mövzular barədə ətraflı məlumat verilir və onların sualları cavablandırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi