Erkən və qohumlararası nikahın fəsadları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” haqqında şagirdləri məlumatlandırmaq məqsədilə məktəbin psixoloqları Bənövşə Cabbarova və Raidə İmanova 8ci sinif şagirdləri ilə maarifləndirici söhbət aparıb.
Şagirdlər “Erkən nikahın fəsadları”-na həsr olunmuş videoçarxa tamaşa edib, öz düşüncələrini bölüşüblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.