Kəlbəcər Şəhəri Günü
Noyabrın 25-i məktəbin 5a sinfinin sinif rəhbəri Maral Əhmədova şagirdləri ilə “Kəlbəcər Şəhəri Günü”-nü qeyd edib.
Çıxış edən müəllimə bildirdi ki, Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Noyabrın 25-də Kəlbəcər rayonunu boşaltmağa başladılar. Beləliklə, Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Daha sonra şagirdlərin çıxışları dinlənilib. Hazırlanan səhnəcik nümayiş olunub, şeirlər səsləndirilib, musiq ifa olunub.