Əlinin uğuru

Məmnunluqla bildiririk ki, məktəbin 9ğ sinif şagirdi Əli Məlikov COP29 un nəzdində olan 19-cu (UNITED NATIONS  Climate Change Confrence Of Youth) BMT İqlim Dəyişikliyi Gənclər Konfransında (COY19) Azərbaycanın nümayəndəsi kimi iştirak edir. Bu beynəlxalq tədbir, gənclərin iqlim dəyişikliyi problemlərini dərindən müzakirə etdiyi və innovativ həll yolları təklif etdiyi önəmli platformadır. COY19, Bakıda keçirilir və dünya üzrə 400-dən çox gənci bir araya gətirir.

Bu konfransda şagirdimiz öz bilik və təcrübəsini paylaşaraq, yeni perspektivlər kəşf edir və mövcud layihələrə dəstək toplayır. Gənc nəslin qlobal problemlərdə fəal iştirakı dayanıqlı gələcəyin qurulması baxımından əhəmiyyətlidir. COY19 gənclərimizə beynəlxalq miqyasda səsimizi eşitdirmək üçün unikal imkan yaradır.

Əlinin bu tədbirdə iştirak etməkdə məqsədi Azərbaycanın səsini qlobal arenada güclü şəkildə çatdırmaq, gender bərabərliyi və ekoloji problemlərə dair gənclərin vizyonunu ön plana çıxarmaqdır. Burada əldə etdiyi dəyərli bilikləri gənclərimiz və icmalarla bölüşməyi səbirsizliklə gözləyir.

Şagirdimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi