9 Noyabr-Dövlət Bayrağı Günü

9 noyabr – Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. Məktəbin 5j sinfinin sinif rəhbəri Xanım Məmmədova şagirdləri ilə “Bayraq Günü”-nə həsr olunmuş tədbir keçirdib.

Çıxış edən müəllimə bildirib ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.

Daha sonra şagirdlərin hazırladığı təqdimatlar dinlənilib, şeirlər səsləndirilib, musiqilər ifa olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi