Hərbi Qənimətlər Parkına ekskursiya

8 Noyabr Zəfər Günü şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, Azərbaycan gəncliyinin əsl vətənpərvər vətəndaş kimi yetişməsi məqsədilə məktəbin 10ç sinfinin sinif rəhbəri Yeganə Aslanova şagirdləri ilə birlikdə Hərbi Qənimətlər Parkına ekskursiya edib.

Hərbi Qənimətlər Parkında şagirdlər düşməndən qənimət götürülən hərbi texnika, düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və digər sursatlarla yaxından tanış olublar.

Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarımızda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanan lövhə şagirdlərin marağına səbəb olub.

Sonda parkın bələdçiləri şagirdləri maraqlandıran suallara əraflı cavab verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi