II Fəxri Xiyabana ziyarət

2d sinfinin sinif rəhbəri Gülüsüm İsmayılova şagirdləri ilə II Fəxri Xiyabanda bizə “Zəfər” qazandıran şəhidlərimizin məzarlarını ziyarət edib.
Şagirdlər ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Haşımova da Zəfər Günündə oğlunun məzarı başında olub. Səmayə ana şagirdlərlə səmimi söhbət edib, onların şeirlərini dinləyib.
Allah şəhidlərimizə rəhmət etsin!