QOHUMLARASI NİKAHIN FƏSADLARI

C.Əskərov adına 50 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinfində məktəbin psixoloqu şagirdləri qohumlar arasında nikahın mənfi nəticələri haqqında məlumatlandırmaq məqsədilə “Qohumlarası nikahların fəsadları“ mövzusunda maarifləndirici söhbət aparıb.
Bildirilib ki, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.