FƏXRİMİZ

Cəbrayıl Fəyaz oğlu Əsgərov 26.02.1965-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Bibi-Heybət qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. 1971-ci  ildə 50 №-li tam orta məktəbə daxil olmuşdur. 1983-1985-ci illərdə hərbi xidmətə çağırılmışdır. 1992-ci ildə vətənin dar günlərində  Qarabağ uğrunda döyüşlərə könüllü yollanmış, vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş, mərdliklə vuruşmuşdur.

  28 avqust 1992-ci il tarixdə Ağdərənin Mehmanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır. Şəhidlər xiyabanında dəfn olunmuşdur. Təhsil aldığı 50 №-li məktəb şəhidimizin adını daşıyır. Məktəbin həyətində  Cəbrayıl Əsgərovun şərəfinə xatirə lövhəsi qoyulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi