"Narkotika əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək"

10.06.2025-ci il tarixində C.Əskərov adına 50 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında "Narkotika əsrin bəlasıdır,zərərli vərdişlərə yox deyək" mövzusunda Səbail Rayon Polis İdarəsinin rəhbərliyi ilə tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Məktəbin direktoru Vəfa Məmmədova polis əməkdaşlarını və tədbir iştirakçılarını salamlayaraq mövzunun aktuallığı haqqında məlumat vermiş və sözü “Narkotik əsrin bəlasıdır” mövzusunda çıxış üçün Səbail RPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Emin Bağırzadəyə verdi. “Erkən nigah hallarının qarşısının alınması” mövzusu ilə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiə İdarəsinin rəis müavini Həbib Kərimov çıxış etdi. Sonda Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov çıxış etdi. Tədbirdə yeniyetmələri və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, insan orqanizminə törətdiyi mənfi təsirləri və sağlamlığa törədəcəyi fəsadları barədə maarifləndirici çıxış etdilər. Sonda mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırıldı və Daxili İşlər Nazirliyi tərəfindən “Qorxu bilməyən qəhrəmanlardan olmaq üçün polisdə xidmətə başla” adlı videoçarx nümayiş etdirildi.