PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

C. Əskərov adına 50 nömrəli tam orta ümumtəhsil məktəbdə Fəaliyyət Planına əsasən Pedaqoji Şuranın yekun iclası keçirildi.Məktəbin direktoru Vəfa Məmmədova pedaqoji heyəti salamladı və gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Direktor Vəfa Məmmədova çıxış edərək 1) IX-XI sinif şagirdlərinin imtahan nəticələri haqqında, 2)2024-2025-ci tədris ilində 9-11-ci siniflərə ümumi orta və tam orta təhsil haqqında attestatların verilməsi barədə
3)Məktəbin son 4 ildə şagird nəticələrinin keyfiyyət təhlili barədə məlumat verdi. Həmçinin sertifikasiya imtahanın uğur əldə etmiş müəllimləri təbrik etdi, növbəti imtahanda iştirak edəcək müəllimlərə uğurlar arzuladı.
Direktor müavini Ema Bayramova öz hesabatında ibtidai siniflərdə və V-XI siniflərdə biliyi qiymətləndirilməyən, təlim prosesində yüksək nəticələri olan şagirdlər haqqında məlumat verdi. Təşkilatçı müavin Şəfəq İslamova II yarımil ərzində görülmüş təşkilati işlər barəsində, psixoloq Mətanət Piralıyeva II yarımil ərzində psixoloji işin təşkili haqqında hesabat verdi. Sonda məktəbin direktoru növbəti tədris ilində qarşıda duran məsələlərlə bağlı fikirlər səsləndirdi və məktəb kollektivinə can sağlığı, xoş istirahətlər arzuladı