Son Zəng- 2025

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 16.05.2025-ci il tarixli, 3-29-59/2-2182/2025 nömrəli, 27.05.2025-ci il tarixli, 3-29-59/2-2375/2025 nömrəli məktublarının icrasını təmin etmək məqsədilə 14.06.2025-ci il tarixində C. Əskərov adına 50 nömrəli tam orta ümumtəhsil məktəbin həyətyanı sahəsində 11-ci məzunları üçün “Son zəng” çalınıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Vəfa Məmmədova çıxış edərək "2024-2025-ci tədris ili" məzunlarını təbrik etdi, onlara xoş arzularını bildirdi və tədbiri açıq elan etdi. Tədbirdə həmçinin Səbail rayon İcra hakimiyyətinin nümayəndəsi Mövlud Məhərrəmov iştirak edərək məzunları təbrik etdilər. Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş etdirilidi.Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər “Fəxri fərman və “Təşəkkürnamə”lərlə təltif olundular. “Son zəng” tədbiri təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil olunub.