"1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ"

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə C. Əskərov adına 50 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai və 5-ci sinif şagirdlərinin iştirakı ilə həyətyanı sahədə tədbir təşkil edildi. Tədbirdə şagirdlər mahnılar oxudular, müxtəlif rəqslər nümayiş etdirdilər. Sonda məktəbin direktoru Vəfa Məmmədova çıxış edərək şagirdləri bayram münasibətilə təbrik etdi, bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı vardır.Uşaqların vətənə layiq vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün dövlətimiz hər cür şərait yaratmışdır.