IV SİNİF ÜZRƏ KOMPUTER ƏSASLI MONİTORİNQ KEÇİRİLDİ
Mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunub. IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. C.Əskərov adına 50 nömrəli tam orta məktəbin şagirdləri də monitorinqdə iştirak ediblər.